Məşhur müğənni Adelin var-dövləti məlum olub. Britaniyalı ifaçının var-dövləti 85 milyon funt sterlinq (184 milyon 364 min AZN) məbləğində dəyərləndirilir.

Gənc müğənni Britaniyada ən varlı qadın müsiqiçi  hesab olunub. ANS PRESS-in məlumatına görə, siyahını “Sunday Times” aqentliyi tərtib edib.

Milyonçu müğənnilərin siyahısında Adel (Adele) 50 nəfər arasında 30-cu sırada qərarlaşıb. Son bir il ərzində onun var-dövləti 35 milyon funt sterlinq (75 milyon 915 min AZN) artıb. Adel həm də ən zəngin gənc musiqiçilərin (30 yaşa qədər) siyahısına başçılıq edir.


Adele – Hello (BaseMints ReVID)

Adeldən daha çox pul qazanmış yeganə qadın-musiqiçi irlandiyalı Eniya (Enya) olub. O, 91 milyon avro qazanıb. Milyonçu müğənnilərin siyahısı aprelin 24-də tam olaraq tərtib olunacaq.

Adelin övladı dünyaya gəldikdən sonra o, sənətdən bir müddət uzaqlaşıb. Onun 2011-ci ildə təqdim etdiyi “21” adlı albomu 11 milyondan çox nüsxədə satılaraq “Bilboard” və “Rolling Stones” hit-paradlarının versiyası üzrə ilin albomu seçilib. Adel 10 “Qremmi”, 5 “Brit Awards” və həmçinin “Qızıl Qlobus” və “Oskar”mükafatlarının sahibidir.

 

Öncəki xəbərPutin Lavrovu İrəvana yeni Qarabağ planı ilə göndərir
Sonrakı xəbərBəxtiyar Vahabzadənin Zaman adlı Qarabağ atına yazdığı şeir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın