Ermənistanın Rusiyanın orbitindən çıxmasının müəyyən əlamətləri özünü göstərməyə başlayıb. Nikol Paşinyanın rəhbərlik etdiyi indiki Ermənistan hakimiyyətinin Qərbin siyasi konsorsiumunun maraqlarına xidmət etdiyi haqda artıq ucadan danışılması da təsadüfi deyil. Ermənistan, hər halda, Rusiyadan üz döndərmək, Gürcüstan və Ukrayna yolu ilə getmək qərarına gəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ermənistanın “Politik.am” saytı yazıb.

“Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı, bir sıra analitiklərin fikrincə, əsas sualları cavablandırmaq üçün önəmli idi. Hər bir halda, ABŞ-ın Ermənistanın indiki hakimiyyətinə müəyyən siyasi dəstəyi var. Ancaq necə deyərlər, bu dəstək “pulsuz” olmayacaq və çox güman ki, belə dəstək olsa belə, onun “qiyməti” Ermənistanın xarici siyasi vektorunun dəyişməsi olmalıdır, yəni Ermənistan tədricən Gürcüstan və ya Ukrayna yolu ilə gedəcək: “Qud bay, Rusiya!”.

“Geosiyasi reabilitasiya”dan sonra Ermənistandan nə qalacaq, ümumiyyətlə Ermənistan dövləti qalacaqmı? Bunu artıq zaman göstərəcək”, – deyə sayt yazır.

Öncəki xəbərSuriya prezidenti Bəşər Əsəd və həyat yoldaşı koronavirusa yoluxdu
Sonrakı xəbərAnait Avanesyan: Qarabağda tapılan 210 meyitin kimliyi bilinmir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın