Bu gün, noyabrın 26-da Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı Brüsseldə keçiriləcək Azərbaycan və Ermənistan liderlərinin görüşünə də toxunub:

“Bilirəm ki, yaxın vaxtlarda sizin Brüsseldə də görüşünüz nəzərdə tutulub. Siz orada görüş keçirilməsinə razılıq vermisiniz. Biz bunu da alqışlayırıq. Birbaşa ünsiyyət imkanı nə qədər çox olsa, bir o qədər yaxşı olacaq. Mən bu yaxınlarda Avropa Birliyi Şurasının sədri cənab Şarl Mişellə də danışdım. O sizi gözləyir, ancaq ümid edirəm ki, biz sizinlə irəli hansısa addım atacağıq və başqa platformalarda artıq növbəti addımları atmaq mümkün olacaq. Bir daha təkrar edirəm ki, biz tərəf müqabillərimizin bu məsələyə cəlb olunmasını alqışlayırıq. Əsas odur ki, bütün bunlar fayda versin”, – deyə V.Putin bildirib.

Путин, Алиев и Пашинян проводят переговоры в Сочи

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın