Ermənistanda əsgər anaları Qarabağ müharibəsində itkin düşən oğullarından xəbər ala bilmədiklərinə görə hər gün Müdafiə Nazirliyinin binasını dövrəyə alırlar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Modern.az-a istinadən bildirir ki, bununla bağlı itkin düşən hərbçilərdən birinin qohumu Arsen Qukasyan Facebook-da yazıb. Onun sözlərinə görə, martın 11-də də Müdafiə Nazirliyinə rəhbərliyi ilə görüşmək istəyiblər, ancaq qəbul olunmayıblar.

“Nazirlikdəklilər öz işləri ilə məşğuldurlar, bizimlə, uşaqlarımızla maraqlanmırlar”, – deyə Qukasyan narazılığını ifadə edib.

Ermənistanın səhiyyə naziri Anait Avanesyan isə ölkə mətbuatına bildirib ki, Qarabağdan tapılan o qədər zədələnmiş meyit qalıqları var ki, onların müayinəsi sadəcə mümkün deyil.

“Artıq elə bir meyit qalığı yoxdur ki, ən azı bir dəfə araşdırılmasın. Əlimizdə çox sayda ciddi şəkildə zədələnmiş meyit qalıqları var və onlarla bağlı DNT analizini həyata keçirmək çətin, eyni zamanda mürəkkəb işdir. Yüksək səviyyəli beynəlxalq qurumlarla, xarici mütəxəssislərlə əlaqə saxlayırıq, nəticələrin nə olacağını görəcəyik”, – deyə A.Avanesyan bildirib.

Səhiyyə naziri bildirib ki, meyit qalıqları o qədər zədələnib ki, hətta başqa ölkələrdəki laboratoriyalarda da onların kimliyi müəyyən edilə bilməyəcək.

A.Avanesyan deyib ki, cəsədlər Metsamordakı morqun soyuducularında saxlanılır.

“Bunlar belə hallar üçün nəzərdə tutulmuş xüsusi soyuduculardır. Metsamorda neçə cəsəd olduğunu dəqiq deyə bilmərəm. Şəxsiyyətini müəyyən etmək çox çətin olan 210 meyit nümunəsi var. 2200-dən çox cəsədi identifikasiya etmək mümkün olub, daha 180 valideyn cavab gözləyir”, – deyə nazir deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın