Rusiyada yaşayan məşhur Azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov Bakıda olarkən “Sbejim v Baku” (Bakıya Qaçaq) adlı yeni mahnısına klip çəkdirib. Bu onun Bakı şəhərində çəkdirdiyi ikinci klip olub. Daha öncə Emin “Ryadom Prosnutsya” (Yanında Oyanmaq) mahnısı üçün olan klipini də Bakıda çəkdirmişdi.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, Eminin “Sbejim v Baku” (Сбежим в Баку) adlı mahnısına çəkdirdiyi klipin rejissorluğunu Anastasiya Qoluba edib. Klipdə bu dəfə aktrisa Aleksandra Bortiçi çəkib. Mahnının bəstəkarı Bahh Tee kimi tanınmış Bəxtiyar Əliyevdir.

Qeyd edək ki, Emin bu mahnını iyulun 9-10-da paytaxtda keçirilmiş “Jara” festivalına həsr etdiyini deyib:

“Dostlar, sizlərə yeni, yay mahnımı təqdim etmək istəyirəm. Bəstənin xüsusi təqdimatı “Jara” festivalında olacaq. Bütün ulduzlar bizim iyulun 9-da və 10-da baş tutacaq festivalda toplaşacaq. Dinləyin və pozitiv əhval-ruhiyyəyə köklənin”.

Eminin mahnısında muğam parçasının oxunması bir yenilik olmuşdu. “Jara” festivalında oxuyarkən isə Eminin özünün milli rəqs oynaması çoşqu ilə qarşılanıb. Elə klip də milli rəqslərlə zəngindir.


Emin – Сбежим в Баку (Bakıya qaçaq)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın