Bu il Eurovision mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səmra Rəhimlinin Miracle (Möcuzə) mahnısına remikslər hazırlanıb. Müğənni öz promo turu çərçivəsində Avropadakı fanatları üçün “Miracle” mahnısının 2 remiksini təqdim edib.

Remikslərdən biri Tomas Neverqrin (Tomas Nevergreen), digəri isə məşhur azərbaycanlı musiqiçi DJ Kamil tərəfindən hazırlanıb.


Samra – Miracle (Kamil’s Moombah Remix)

Tomas Neverqrin 2010-cı ildə Eurovision mahnı müsabiqəsində öz ölkəsini – Danimarkanı təmsil edib. Bununla yanaşı,  ifaçının “Since You Have Been Gone” və “Everytime” (I See Your Smile) kimi mahnıları bir neçə dəfə Şərqi Avropanın ən çox dinlənən 10 mahnısı sırasına daxil olub.

Tomas Neverqrin Səmra Rəhimli ilə əməkdaşlığı barədə bunları deyib:

“Bu il mən Miracle mahnısının remiksini hazırlamaq fürsətini əldə etdim. Bu gözəl mahnı gənc azərbaycanlı ifaçı Səmra tərəfindən oxunur. Stokholmda keçiriləcək Eurovision Mahnı Müsabiqəsində ona uğurlar arzu edirəm”.


Samra – Miracle (Remix by Tomas N’evergreen and Graddus)

Xatırladaq ki, bu il İsveçin paytaxtıda baş tutacaq Eurovision Song Contest 2016 (ESC-2016) mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 10-da baş tutacaq. Elə həmin gün Azərbaycan təmsilçisi Səmra Rəhimli 14-cü sırada Miracle mahnısı ilə səhnəyə çıxacaq.

Samra Rahimli - Miracle - Eurovision Azerbaijan 2016 - Səmra Rəhimli - ESC2016 Azərbaycan
Səmra Rəhimli – ESC 2016 Azərbaycan (Samra Rahimli – Miracle – Eurovision Azerbaijan 2016)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın