Polşa millisi bu il Qətərdə keçiriləcək Dünya Çempionatının (DÇ-2022) seçmə mərhələsi çərçivəsində Rusiya yığması ilə martın 24-də Moskvada baş tutmalı görüşdən imtina etmək qərarına gəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Polşa Futbol Assosiasiyasının prezidenti Çezari Kuleşa “Twitter” hesabından paylaşım edib.

O, B yolunda başqa yarımfinalçılar İsveç və Çexiyadan olan həmkarları ilə də bu barədə danışıqlar apardığını bildirib:

“Artıq söz yoxdur, hərəkət etmək vaxtıdır! Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü kəskinləşdiyi üçün Polşa millisi Rusiya yığması ilə pley-off matçı keçirmək niyyətində deyil. Bu, yeganə düzgün qərardır. FIFA-ya ortaq mövqe irəli sürmək üçün İsveç və Çexiya Futbol Federasiyaları ilə danışıqlar aparırıq”.

Bu paylaşıma münasibət göstərənlərdən biri Polşa millisinin və Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovski olub:

“Bu, düzgün qərardır! Ukraynaya silahlı hücum davam etdiyi vaxtda Rusiya milli komandasına qarşı oynamağımı təsəvvür edə bilmirəm. Rusiya futbolçuları və fanatları buna görə məsuliyyət daşımır. Ancaq biz heç nə olmamış kimi də davrana bilmərik”.

Onu da bildirək ki, Çezari Kuleşa başqa açıqlamasında Ukrayna millisinə ev oyunlarını keçirmək üçün neytral meydança kimi Polşa ərazisindən istifadə etməyə çağırıb. Təklif qəbul olunub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın