Amerika Birləşmiş Ştatları Ukraynadakı durumu “Rusiyanın strateji uğursuzluğu”na çevirmək istəyir.

YALAN.info bildirir ki, bunu mayın 2-də Pentaqon (ABŞ Müdafiə Nazirliyi) rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander (Celeste Wallander) bəyan edib.

“Birləşmiş Ştatlar hökumətinin Rusiya ilə, eləcə də Avropanın təhlükəsizliyi, Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı əsas məqsədi bu böhranın Rusiya üçün strateji uğursuzluqla başa çatmasıdır”, – deyə o, Vaşinqtonda Atlantika Şurasındakı seminarda çıxış edərkən bildirib.

Uollanderin fikrincə, Qərbin sanksiyaları zaman keçdikcə bütövlükdə Rusiya iqtisadiyyatına, özəlliklə də onun müdafiə sənayesinə daha güclü zərbə vuracaq. “Qərb Rusiya hakimiyyətini öz xalqı və dünya ictimaiyyəti qarşısında məsuliyyətə cəlb etməyə çalışacaq”, – deyə Pentaqon rəsmisi əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın