Bu ilin 13 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, nazirlər bölgədəki son durum ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Moskva görüşündə əldə olunmuş humanitar atəşkəsə rəğmən Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı dinc insanları və mülki obyektləri, cəbhə zonasından çox kənarda yerləşən şəhərləri atəşə tutması, Ermənistanın növbəti dəfə beynəlxalq humanitar hüququ və öz öhdəliklərini kobud şəkildə pozduğunu qeyd edib.

Nazir Mevlud Çavuşoğlu mülki şəxslərin hədəfə alınması ilə bağlı ciddi narahatlığını ifadə edib, Ermənistanın işğalçı siyasətinə son verilməsinin vacib olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə hər zaman sərgilədiyi dəstəyinə görə təşəkkür ifadə edib.

Öncəki xəbərCanni De Byazi: Komandada hər şeyə mən qərar verirəm
Sonrakı xəbərMüdafiə Nazirliyi: Ermənistan yalan məlumatlar yaymaqla öz xalqını sakitləşdirir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın