“Heç vaxt rəhbərlik etdiyim komanda barədə xaraktersiz və ya qorxaq ifadəsini işlətməmişəm. Bu, mümkün deyil”!

YALAN.info bildirir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliyanın “TMW Radio” radio-stansiyasının mikrafonlarına verdiyi açıqlamasına aydınlıq gətirərkən deyib.

O, başçılıq etdiyi komandaların adətən xarakteri ilə və oyundan öncə rəqiblərdən çəkinməmələri ilə fərqləndiyini söyləyib: “Ola bilər, hansısa texniki qüsur olub, ya da tərcümədə hansısa uyğunsuzluq baş verib. Qətiyyətlə deyirəm ki, mənim rəhbərlik etdiyim komandanı xaraktersiz və qorxaq adlandırmağım mümkün deyil”!

Belə görünür, İtaliyalı mütəxəssis radio-stansiyaya verdiyi müsahibənin səs yazısının internetdə olduğu unudub. Müsahibədə baş məşqçinin çalışdırdığı komanda haqqında xarakter çatışmazlığı və qorxaq komanda deyə danışdığı açıq-aydın eşidilir. Yoxsa, buradakı texniki qüsurun, ya da tərcümədəki uyğunsuzluğun nədən ibarət olduğu qaranlıq qalır.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərAzərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev: Həyatda pul əsas deyil
Sonrakı xəbərPrezident İlham Əliyev Güləş üzrə Azərbaycan millisi ilə görüşdü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın