“Qarabağ” FK qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi “Sabah”ın oyunçusu Aleksey İsayevin keçidini həll edib.

Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.

Onu da bildirək ki, yeni transfer 2020-23-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və ”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib. Yarımmüdafiəçi 2021-ci ildən Azərbaycan millisinə çağırılır. O, yığmada keçirdiyi 20 oyunda 1 qol vurub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın