“Bayraktar” PUA-larının yaradıcıları kimi tanınan Türkiyənin “Baykar” müdafiə sənayesi müəssisəsi kollektivi bir neçə gün öncə anonsunu verdiyi Qurban bayramı hədiyyəsini açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Baykar” müəssisəsi “MİUS” adlı layihə çərçivəsində ilk pilotsuz hərbi təyyarə təqdim olunub.

Uyğun foto və video materiallar layihənin ideya müəlliflərindən olan Səlcuq Bayraktar və “Baykar” müəssisəsinin sosial şəbəkə səhifələrində paylaşılıb.

Bildirilib ki, təyyarənin ilk uçuşunun 2023-cu ildə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə həyata keçirilməsi planlaşdırılır.

Öncəki xəbərPolis Bakının Xətai, Nəsimi və Binəqədi rayonlarında əməliyyat keçirdi: 7 narkotacir saxlanıldı
Sonrakı xəbərNikol Paşinyan və Robert Köçəryanla birlikdə 18 deputat mandatından imtina edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın