Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstan Respublikasına sülhməramlı ordu göndərir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı indi təşkilata sədrlik edən Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində yazıb.

O bildirlib ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jormat Tokayevin müraciəti ilə, eləcə də Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektivi Təhlükəsizlik Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq, bu ölkədə durumu sabitləşdirmək və normallaşdırmaq üçün KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi ilə bağlı qərar qəbul edib.

Yada salaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yerli telekanallarla yayımlanan təhlükəsizlik şurasının toplantısı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan ölkələrə müraciət edib. O, ölkədə baş verənləri xarici təcavüz kimi dəyərləndirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın