Türkiyə Ordusunun İraq Respublikasının Neynəva vilayətində yerləşən hərbi bazası raket hücumuna məruz qalıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı İraqın “Shafaq News” xəbər portalı məlumat yayıb.

Məlumata görə, Mosul şəhərinin şimal-şərqində Türkiyənin Zlikan hərbi bazası ərazisində üç raket partlayıb. Vilayətin güc strukturlarının nümayəndəsinin qeyd etdiyi kimi, türk əsgərlərindən heç biri xəsarət almayıb. Hücum yalnız maddi zərərlə nəticələnib.

Türkiyə artilleriyası raketlərin atıldığı iddia edilən əraziyə atəş açıb. Hələlik heç bir qrup, ya da təşkilat bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın