Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa Liqasının final mərhələsinin ilk oyununa çıxıb.

Report xəbər verir ki, Nitra şəhərindəki İdman Sarayında keçirilmiş görüş millimizin Slovakiya üzərində qələbəsi ilə yekunlaşıb – 3-1.

Bununla da komandamız iyulun 3-də keçiriləcək cavab görüşü öncəsi böyük üstünlük əldə edib.

Yarımfinalda Faiq Qarayevin rəhbərlik etdiyi komanda Yunanıstanı məğlub edib – 3-1, 3-1. Slovakiya isə yarımfinalda Sloveniyadan üstün olub – 3-2, 3-1.

Final qarşılaşmasının cavab oyunu iyulun 3-də Bakıda keçiriləcək.

Avropa Liqası, Final, ilk oyun
20:00. Slovakiya – Azərbaycan – 1-3 (19-25, 25-18, 22-25, 20-25)
Nitra, İdman Sarayı
Hakimlər: Mirko Yankoviç (Serbiya), Eva Tibor (Macarıstan).

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın