FIDE-nin Chess.com saytı üzərindən ilk dəfə keçirdiyi Onlayn Şahmat üzrə Olimpiadada millimizin potensial rəqibləri bilinib: Bolqarıstan, yoxsa Polşa?

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, B qrupunu lider kimi başa vurduğu üçün birbaşa 1/4 finala çıxmış yığmamız 1/8 finalda çıxış etməyəcək.

Komandamız 1/4 finalda C qrupunun ikincisi olan Bolqarıstanla D qrupunun üçüncüsü Polşa görüşünün qalibi ilə qarşılaşacaq. Millimizin bu görüşü avqustun 28-də baş tutacaq.

Qeyd edək ki, yığmamız qrup mərhələsində Niderland, Macarıstan, CAR, Slovakiya, İspaniya, Norveç və Fransaya qalib gəlib, Ukrayna və Qazaxıstana uduzub.

Nəticədə 14 xalla millimiz qrup lideri olub. Macarıstan 14 xalla ikinci, Ukrayna isə 13 xalla üçüncü yeri tutub.

Millimizdən başqa Hindistan, Rusiya və Amerika Birləşmiş Ştatlarının komandaları da qrup 1-cisi kimi birbaşa 1/4 finala vəsiqəni əldə ediblər.

FIDE Şahmat Olimpiadası 2020

Xatırladaq ki, Olimpiadada 6 taxta üzrə üç kişi və üç qadın şahmatçılar mübarizə aparır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın