Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədli və Qədir Hüseynovdan ibarət Azərbaycan Milli Komandası Yunanıstanda tarix yazmağa çox yaxındır. Azərbaycanın kişi qrossmeysterləri Rusiya yığma komandası üzərində 3-1 hesablı qələbədən sonra Şahmat üzrə Avropa Çempionatı 2017-də turnir cədvəlində ilk sıraya yüksəlib.
YALAN.info Online və Xəbərlər Saytı bildirir ki, bu gün baş tutmuş çempionatın VIII turunda Azərbaycan şahmatçıları turnir cədvəlinin birinci pilləsində qərarlaşan və reytinq favoriti olan Rusiya millisi ilə qarşılaşıb.
Görüşün birinci taxtasında Şəhriyar Məmmədyarov qara fiqurlarla Aleksandr Qrişuku, ikinci taxtada isə Teymur Rəcəbov ağ fiqurlarla Yan Nepomnyaşnını 1-0 hesabı ilə udub. Üçüncü taxtada Arkadi Naydiç Maksim Matlakovla qarşılaşıb. Görüş rusiyalı şahmatçının qələbəsi ilə bitib.
Beləliklə, Azərbaycan sonuncu – dördüncü taxtada Rauf Məmmədlinin Danil Dubov üzrərində qələbəsindən sonra Rusiya yığmasını məğlub edib və xallarının sayını 13-ə çatdıraraq, liderliyə yüksəlib. Rusiya isə 11 xalla ikinci pilləyə düşüb.
Şahmat üzrə Milli Komandalar arası Avropa Çempionatı 2017 – 8-cı tur: Rusiya – Azərbaycan
Taxta | 1 | Rusiya | Reytinq | – | 2 | Azərbaycan | Reytinq | 1-3 | ||
1/1 | GM | Aleksandr Qruşuk | 2785 | 0 | GM | Şəhriyar Məmmədyarov | 2791 | 1 | ||
1/2 | GM | Yan Nepomniatçi | 2733 | 0 | GM | Teymur Rəcəbov | 2741 | 1 | ||
1/3 | GM | Maksim Matlakov | 2730 | 1 | GM | Arkadi Naydiç | 2702 | 0 | ||
1/4 | GM | Daniil Dubov | 2677 | 0 | GM | Rauf Məmmədli | 2678 | 1 |
Turnir Cədvəli
Yer | SN | FED | Komanda | Oyun | + | = | – | TB1 | TB2 | TB3 | TB4 | TB5 | |
1 | 2 | AZE | Azərbaycan | 8 | 6 | 1 | 1 | 13 | 172,5 | 23,0 | 130,0 | 107,00 | |
2 | 1 | RUS | Rusiya | 8 | 6 | 0 | 2 | 12 | 167,0 | 19,0 | 146,5 | 104,50 | |
3 | 3 | UKR | Ukrayna | 8 | 6 | 0 | 2 | 12 | 155,0 | 21,0 | 130,5 | 95,00 | |
4 | 9 | GER | Almaniya | 8 | 4 | 3 | 1 | 11 | 165,0 | 20,0 | 131,0 | 89,50 | |
5 | 18 | TUR | Türkiyə | 8 | 5 | 1 | 2 | 11 | 134,0 | 18,0 | 134,5 | 91,50 | |
6 | 14 | CRO | Xorvatiya | 8 | 5 | 1 | 2 | 11 | 130,0 | 16,0 | 142,0 | 95,50 | |
7 | 7 | HUN | Macarıstan | 8 | 4 | 2 | 2 | 10 | 170,5 | 19,0 | 145,5 | 84,25 | |
8 | 15 | ESP | İspaniya | 8 | 3 | 4 | 1 | 10 | 135,5 | 18,0 | 144,0 | 87,50 | |
9 | 5 | ISR | İsrail | 8 | 4 | 2 | 2 | 10 | 128,5 | 17,5 | 134,5 | 81,75 | |
10 | 4 | ENG | İngiltərə | 8 | 3 | 4 | 1 | 10 | 128,5 | 17,5 | 131,0 | 81,50 | |
11 | 20 | ROU | Romıniya | 8 | 4 | 2 | 2 | 10 | 123,5 | 18,0 | 139,0 | 82,00 | |
12 | 8 | POL | Polşa | 8 | 3 | 3 | 2 | 9 | 149,0 | 17,5 | 140,5 | 77,75 | |
13 | 6 | ARM | Ermənistan | 8 | 3 | 3 | 2 | 9 | 142,5 | 17,0 | 148,0 | 78,75 | |
14 | 10 | NED | Hollandiya | 8 | 4 | 1 | 3 | 9 | 142,0 | 17,5 | 140,5 | 78,00 | |
15 | 16 | BLR | Belarus | 8 | 4 | 1 | 3 | 9 | 137,5 | 18,5 | 132,0 | 69,25 | |
16 | 12 | FRA | Fransa | 8 | 4 | 1 | 3 | 9 | 131,5 | 17,5 | 137,0 | 73,50 | |
17 | 21 | SLO | Sloveniya | 8 | 4 | 1 | 3 | 9 | 115,0 | 18,0 | 127,0 | 63,00 | |
18 | 22 | ITA | İtaliya | 8 | 3 | 2 | 3 | 8 | 128,5 | 14,0 | 148,0 | 73,50 | |
19 | 19 | GRE | Yunanıstan 1 | 8 | 4 | 0 | 4 | 8 | 123,5 | 18,5 | 119,0 | 48,50 | |
20 | 11 | CZE | Çexiya | 8 | 3 | 2 | 3 | 8 | 115,0 | 16,5 | 137,5 | 61,75 | |
21 | 17 | SRB | Serbiya | 8 | 3 | 2 | 3 | 8 | 110,5 | 18,5 | 120,0 | 54,00 | |
22 | 29 | GRE | Yunanıstan 2 | 8 | 2 | 4 | 2 | 8 | 107,0 | 15,5 | 126,5 | 59,25 | |
23 | 28 | SVK | Slovakiya | 8 | 2 | 4 | 2 | 8 | 96,5 | 15,5 | 123,5 | 57,50 | |
24 | 26 | SUI | İsveçrə | 8 | 3 | 2 | 3 | 8 | 89,5 | 16,5 | 114,0 | 52,00 | |
25 | 13 | GEO | Gürcüstan | 8 | 3 | 1 | 4 | 7 | 113,5 | 16,5 | 131,0 | 52,00 | |
26 | 25 | NOR | Norveç | 8 | 3 | 1 | 4 | 7 | 99,5 | 15,5 | 121,5 | 51,25 | |
27 | 32 | FIN | Finlandiya | 8 | 3 | 1 | 4 | 7 | 85,5 | 12,5 | 133,0 | 56,25 | |
28 | 23 | AUT | Avstriya | 8 | 3 | 1 | 4 | 7 | 70,5 | 13,0 | 136,5 | 47,75 | |
29 | 39 | GRE | Yunanıstan – Kret | 8 | 2 | 3 | 3 | 7 | 56,5 | 12,5 | 113,5 | 44,00 | |
30 | 24 | MDA | Moldova | 8 | 2 | 2 | 4 | 6 | 89,5 | 13,5 | 130,0 | 44,00 | |
31 | 31 | DEN | Danimarka | 8 | 3 | 0 | 5 | 6 | 87,5 | 15,0 | 117,5 | 36,50 | |
32 | 27 | ISL | İslandiya | 8 | 3 | 0 | 5 | 6 | 84,0 | 14,0 | 127,0 | 40,50 | |
33 | 33 | MKD | Makedoniya | 8 | 2 | 2 | 4 | 6 | 75,0 | 15,0 | 108,0 | 40,00 | |
34 | 34 | POR | Portuqaliya | 8 | 3 | 0 | 5 | 6 | 72,5 | 13,5 | 116,0 | 34,50 | |
35 | 35 | FAI | Farer Adaları | 8 | 2 | 2 | 4 | 6 | 68,5 | 14,5 | 107,5 | 34,00 | |
36 | 30 | MNE | Çernoqoriya | 8 | 2 | 1 | 5 | 5 | 54,5 | 12,5 | 116,0 | 26,25 | |
37 | 40 | SCO | Sotlandiya | 8 | 2 | 1 | 5 | 5 | 48,0 | 10,5 | 115,5 | 32,25 | |
38 | 37 | ALB | Albaniya | 8 | 2 | 0 | 6 | 4 | 54,5 | 12,0 | 110,0 | 20,50 | |
39 | 36 | BEL | Belçika | 8 | 1 | 1 | 6 | 3 | 59,0 | 11,5 | 110,0 | 18,25 | |
40 | 38 | KOS | Kosovo* | 8 | 1 | 0 | 7 | 2 | 43,5 | 10,0 | 105,0 | 11,50 |
Yada salaq ki, şahmat üzrə Azərbaycan milli komandası Avropa Çempionatı 2017-yə İtaliyaya sensassiyalı uduzmaqla başlayıb. Daha sonra özünü toparlamağı bacaran millimiz çempionatın 6-cı turunda Ermənistan, 7-ci turda isə 1-ci yerdə qərarlaşmış Macarıstan üzərində parlaq qələbə qazanıb.