Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda qol hesabını açıb.

YALAN.info bildirir ki, 25 yaşlı hücumçu səfərdə “Riyeka”ya qarşı keçirdikləri XXX tur qarşılaşmasında fərqlənib.

Emreli oyuna 57-ci dəqiqədə komandası 0:1 hesabı ilə geridə olduğu vaxt girib. 79-cu dəqiqədə rəqib qapısına yol tapan forvard hesabı bərabərləşdirib. Bununla yanaşı, futbolçu 87-ci dəqiqədə sarı vərəqə də alıb.

89-cu dəqiqədə isə azərbaycanlı futbolçunun sifətinə dirsək zərbəsi endirən “Riyeka”nın futbolçusu Anton Kresiçə referi VAR sisteminə müraciət etdikdən sonra qırmızı vərəqə göstərərək oyundan qovub.

Görüş “Dinamo”nun 2:1 hesablı qələbəsi ilə sona çatıb. Bununla da Zaqreb təmsilçisi 29 oyundan sonra xalını 63-ə çatdırıb və ehtiyatda daha bir görüşünün olmasına baxmayaraq, liderliyə yüksəlib.

KİMdinamomania
MƏNBƏInstagram
Öncəki xəbərHərbi Polisin yaranmasının 30-cu ildönümü keçirilir
Sonrakı xəbərPakistanda İmran Xanın on minlərlə tərəfdarı aksiya keçirir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın