Səidə Muradova hər gün qlamur aksessuarlar taxmayıb. Azərbaycanda anadan olan Muradova gəncliyini qaçqın düşərgəsində keçirib, sonra İsveçə və Fransaya yollanıb. O, incəsənət və moda sahəsində təhsil alaraq, ABŞ-ın Nyu-York şəhərində öz işini qurub.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Racked.com saytı Objec&Dawn aksessuarlar brendinin yaradıcısı, azərbaycanlı yenilikçi modelyer Səidə Muradovadan danışılan videosujetdə vurğulayıb.
Həmyerlimiz dünya xalqlarının etnik elementlərindən öz aksesuarlarında dizayn olaraq yararlanır. O, hazırladığı aksessuarlarla artıq dünyada tanınmağa başlayıb.

S. Muradova qədim bəzək əşyalarını yeni texnologiyaların yardımı ilə ərsəyə gətirir:
“Mən yeddi ölkə ilə əməkdaşlıq edirəm. Öz işlərimdə 3D printer və lazer texnologiyasından geniş istifadə edirəm”.
Saida Mouradova Makes Headpieces Fit For A Queen | Dress the Part| Racked