26 yaşlı Victoria’s Secret mələyi və PlayBoy jurnalının modeli Xenia Deli özündən 36 yaş böyük olan ərəb milyarderlə ailə həyatı qurub. Dünyaca məşhur kanadalı müğənni Castin Biberin (Justin Bieber) keçmiş sevgilisi 62 yaşlı milyonçu misirli Fəthi Ossama Rəbah əl Şərif ilə Yunanıstanın Santorini adasında toy edib.

PlayBoy və Victoria's Secret modeli Xenia Deli ərəb milyarderə ərə getdi
Modeli Xenia Deli misirli milyarder Fəthi Ossama Rəbah əl Şərif ilə evləndi

Frivolette maqazin jurnalının verdiyi məlumata görə, toy 1 milyon avroya başa gəlib. 150 qonağın çağırıldığı toyda Delinin əynində 800 min avroluq gəlinliyi olub. Paltar dünyaca məşhur modelyer Züheyr Muradın əsəridir. Toy mərasimi media üçün bağlı olub.

modelyer Züheyr Murad
Xenia Delinin 800.000 avroluq gəlinliyi modelyer Züheyr Muradın olub

Enrique Iglesias kimi tanınmış müğənnilərlə işləmiş gənc qız “Rusiyanın qızıl səsi” sayılan Nikolay Baskovun “Zaya, mən səni sevirəm” klipində də çəkilmişdi.


Николай Басков – Зая, я люблю тебя

Castin Biberdən sonra Egor Kreedlə görüşməyə başlayan Xenia bunu gizli saxlamağa çalışsa da, yeni milyarder sevgilisindən aldığı hədiyyələri heç də gizlətmirdi. Amiran adlı ev alqı-satqısı və logistik şirkətin sahibi olan misirli iş adamı modeli brilliantlar və qırmızı Maserati ilə sevindirib.

Xenia Delinin milyorder sevgilisindən hədiyyə aldığı Maserati ilə
Xenia Delinin milyorder sevgilisindən hədiyyə aldığı Maserati ilə

Belə görünür ki, artıq Xenia Deli öz keçmişi ilə sağollaşmalı olacaq. O, çılpaq çəkilişlər və model biznesi ilə vidalaşaraq dəbdəbəli həyata başlayır.

PlayBoy modeli Xenia Deli ərəb milyorderə ərə getdi
PlayBoy modeli Xenia Deli ərəb milyorderə ərə getdi

Xatırladaq ki, Moldoviyalı model Castin Biberin “What Do You Mean?” mahnısının klipində açıq-saçıq obrazda çəkilib. Ötən il isə ifaçı ilə Deli bir müddət görüşüblər.


Justin Bieber – What Do You Mean?


Calvin Harris – Thinking About You ft. Ayah Marar

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın