“Ukraynadakı durum ciddi narahatlıq doğurur”.

YALAN.info bildirir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, problemin diplomatik yolla beynəlxalq hüquq əsasında, özəlliklə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenlik prinsiplərinə uyğun həlli önəmlidir.

Nazir Azərbaycanın Ukraynaya humanitar yardım əlini uzadan ilk ölkələrdən olduğu və indiyə qədər Ukraynaya 15 milyon avro məbləğində yardım göstərdiyini bildirib.

Öncəki xəbərBaş katib Stanislav Zasın başçılıq etdiyi KTMT missiyası Ermənistana gəlib
Sonrakı xəbərVladimir Putin Rusiya Federasiyasında qismən səfərbərlik elan etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın