Rusiya Prezidenti Vladimir Putin ölkədə qismət səfərbərlik elan edib.

YALAN.info xəbər verir ki, bununla bağlı Rusiya Federasiyasının lideri xalqa müraciətində bildirib.

“Hərbi xidmətə yalnız indi ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisasları və uyğun təcrübəsi olan vətəndaşlar çağırılacaq”, – deyə o bildirib.

Rusiya prezidenti vurğulayıb ki, hərbi xidmətə çağırılanlar bölmələrə göndərilməzdən öncə xüsusi hərbi əməliyyat təcrübəsi nəzərə alınmaqla, mütləq əlavə hərbi hazırlıq keçəcəklər.

Putinin sözlərinə görə, qismən səfərbərlik tədbiri Rusiyanı, onun suverenliyini, ərazi bütövlüyünü qorumaq və Rusiya xalqının təhlükəsizliyini təmin etmək üçün qəbul edilib.

Putin announces partial mobilization of Russian citizens

Qismən səfərbərlik çərçivəsində ehtiyatda olan 300 min nəfər orduya çağırılacaq

Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu ölkədə qismən səfərbərlik elan olunması ilə bağlı danışarkən bildirib ki, qismən səfərbərlik çərçivəsində ehtiyatda olan 300 min nəfər orduya çağırılacaq”. Onun sözlərinə görə, nə ali hərbi təhsil müəssisələrinin tələbələri, nə də çağırışçılar döyüşlər gedən bölgələrə aparılmayacaqlar. Şoyqu vurğulayıb ki, Rusiyada orduda xidmət etmiş və döyüş təcrübəsi olanlarla bağlı böyük səfərbərlik resursu var – onların sayı 25 milyona yaxındır.

Səfərbərlik zamanı orduya qəbul üç mərhələdə aparılacaq. İlk növbədə sıravi əsgərlər və çavuşlar, habelə yaşı 35-dən aşağı olan gizir və miçmanlar, 45-60 yaşa qədər (rütbədən asılı olaraq) kiçik zabitlər və baş zabit heyəti daxildir. Bu qrupa hərbi xidməti başa vurmuş bütün şəxslər və real döyüş əməliyyatlarında təcrübəsi olan şəxslər aiddir.

İkinci mərhələdə 35-45 yaşlı əsgərlər və 45-60 yaş arası baş zabit heyəti çağırılacaq. Prioritet baxımından onlar ehtiyatın birinci kateqoriyalı vətəndaşlarından aşağıdırlar və buna görə də səfərbərliyin ikinci dalğasına çağırılırlar. Həmçinin bu qrupa bu və ya başqa səbəbdən hərbi xidməti başa vurmayan (Xəstəliklər Cədvəlinə uyğun olaraq “V” və ya “Q” kateqoriyaları üzrə azad edilmiş) hərbi xidmət keçməli olan şəxslər də aiddir. 

Üçüncü ehtiyat kateqoriyası o deməkdir ki, hərbi vəziyyət elan edildikdə vətəndaşlar hərbi xidmətə çağırış üçün ən aşağı prioritet təşkil edir. Bu insanlar yalnız kritik vəziyyətdə (o cümlədən, döyüş uzun müddət davam edərsə – bir ildən çox müddətə) orduya qoşulacaqlar.

Üçüncü qrupa 45 yaşı tamam olan, lakin hələ 50 yaşı tamam olmayan əsgərlər, eləcə də 50-60 yaşlı zabitlər aiddir. Bundan başqa, hərbi ehtiyatın bu kateqoriyasına rütbəsinin olub-olmamasından asılı olaraq yaşı 45-50-yə qədər olan qadınlar (xidmət stajı və ya hərbi təhsili olan) daxil ola bilər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın