Şuşaya avtobus reyslərinin açılması ilə öz ata-baba yurdunu ziyarət edənlərdən biri də 1992-ci ilin mayında şəhərdən sonuncu çıxan sakinlərdən olan Kamil Rüstəmovdur.

K.Rüstəmov Şuşasız keçən illərin çətinliyindən danışıb: “35 yaşımda çıxıb, 65 yaşımda geri gəlmişəm. Bu boş divarlar belə mənə xoşdur. Çünki gəncliyim burada keçib”.

Şuşaya səfər edən ilk sərnişinlər arasında daha bir Şuşalı Elmira Şəfiyevadır. Onun yaşadığı evdən əsər-əlamət qalmayıb.

“Uşaqlığım keçən evi bu vəziyyətdə görmək mənə çox ağır gəldi. Heç vaxt bu mənzərə ilə qarşılaşacağımı təsəvvürümə belə gətirməzdim”, – deyə Şuşa sakini qeyd edib.

Daha geniş Baku TV-nin süjetində:

Şuşalılar 30 il sonra evlərini görüb dəhşətə gəldilər – BAKU TV

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın