Baş katib Stanislav Zasın başçılıq etdiyi KTMT missiyası Azərbaycan-Ermənistan dövlət sərhədindəki durumu öyrənmək və deeskalasiya ilə bağlı təkliflər hazırlamaq üçün Ermənistana gəlib.

YALAN.info bildirir ki, bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) katibliyindən məlumat verilib.

“Sentyabrın 20-də KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar toplantısının qərarına uyğun olaraq, KTMT-nin Baş katibi Stanislav Zasın başçılıq etdiyi missiya Ermənistana gəlib. Missiyaya KTMT-nin işçi orqanlarının əməkdaşları olan təşkilata üzv dövlətlərin nümayəndələri daxildir”, – məlumatda deyilir.

Missiyanın qarşısında indiki durumu dəyərləndirmək, bölgədəki durumla bağlı KTMT-yə üzv dövlətlərin başçılarına geniş məruzə hazırlamaq və Azərbaycanla sərhədin müəyyən yerlərində yaranmış gərginliyin aradan qaldırılması üçün təkliflər hazırlamaq vəzifəsi dayanır.

Katiblikdən bildirilir ki, missiyasın işi zamanı sərhədyanı ərazilərdə indiki durumun öyrənilməsi və monitorinqi üzrə tədbirlər, o cümlədən Ermənistanın ali siyasi və hərbi rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın