Futbol üzrə Azərbaycan Premyer Liqasının III turu Neftçi-Qarabağ, Səbail-Sumqayıt, Zirə-Keşlə, Qəbələ-Sabah qarşılaşmaları ilə sona çatdı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Bakcell Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüş paytaxt təmsilçisi ilə SSRİ çempionatında bürünc medal qazanmış Yaşar Babayevin vəfatı ilə bağlı bir dəqiqəlik sükutla başlayıb.

“Qarabağ”ın yeni transferi İbrahima Vadji 21-ci dəqiqədə İsmayıl Zülfüqarlının səhvindən sonra hesabı açıb. Seneqallı hücumçu 45-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.

İkinci yarıya meydan sahibəri daha fəal başlayıb. “Neftçi”nin kapitanı Emin Mahmudov 47-ci dəqiqədə hesab arasındakı fərqi azalda bilib. “Ağ-qaralar” bir neçə dəfə təhlükəli qol epizodu yaratsa da, istəyinə çata bilməyib.

Azərbaycan Premyer Liqası 2021-22 III tur “Neftçi” – “Qarabağ” 1:2

Günün başqa bir qarşılaşmasında “Səbail” evdə “Sumqayıt”ı məğlub edib.

Azərbaycan Premyer Liqası 2021-22 III tur “Səbail” – “Sumqayıt” 1:0

Turun başqa görüşlərində “Zirə” səfərdə “Keşlə”ni, “Qəbələ” isə “Sabah”ı 2:0 hesabı ilə üstələyib.

Azərbaycan Premyer Liqası 2021-22 III tur “Keşlə” – “Zirə” 0:2
Azərbaycan Premyer Liqası 2021/2022, III tur “Sabah” – “Qəbələ” 0:2

Turun bu nəticələrindən sonra xallarının sayını 7-ə çatdıran “Qarabağ” “Qəbələ” ilə birlikdə ilk iki pilləni bölüşdürür. “Neftçi” isə 4 xalla 5-cidir.

Azərbaycan Premyer Liqası, Turnir Cədvəli (III tur)

NKlublarOQHMT-FX
1Qarabağ32106-27
2Qəbələ32106-37
3Səbail32012-36
4Sumqayıt32014-16
5Neftçi31115-54
6Zirə31114-34
7Keşlə30031-60
8Sabah30030-50

Bombardirlər:

  • Davit Volkov (“Zirə”) – 3 qol
  • Rəhim Sadıxov (“Sumqayıt”) – 2 qol
  • Fəhmin Muradbəyli (“Neftçi”) – 2 qol
  • Musa Qurbanlı (“Qarabağ”) – 2 qol
  • Yaovi Akakpo (“Qəbələ”) – 2 qol
  • Ülvi İsgəndərov (“Qəbələ”) – 2 qol
  • Vadji İbrahima (“Qarabağ”) – 2 qol
  • Emin Mahmudov (“Neftçi”) – 2 qol
Öncəki xəbərBakıda “Üç Qardaş-2021” beynəlxalq təliminin təntənəli açılışı keçirildi
Sonrakı xəbərBelarus Rusiyadan milyard dollarlıq silah alacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın