Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bir müddət öncə boşanma xəbəri ilə gündəmə səs-küy salan Aynişan “Sizi sıxışdıran suallar verən insanlara qarşı münasibətiniz necədir?” sözlərinə “Məni kimsə sualları ilə sıxışdıra bilməz. İstəmədiyim suala cavab vermirəm”, – deyə cavab verib.

Bloqer daha sonra “Artıq məndə darıxma hissi yoxdur. Güclü olmaq yaxşıdır, ancaq belə olmaq üçün insan çox əziyyət çəkməli olur. Heç kim xoş günündən güclü olmur. Çətinlik bizi güclü edir. Kaş ki, hamı güclü deyil, xoşbəxt olsa”, – deyə sözlərinə əlavə edib.

Aynişan evliliyi bitirən amilləri sadalayıb. “Sevgini evlilik bitirmir. Sevgini güvənsizlik, yalanlar, nankorluq və xəyanət bitirir” sözlərini söyləyib.

“Ayrılan qadın qisas hissi ilə yaşayır” fikrinə bloqqer “Ortada sevgi varsa, məncə, ola bilər. Əks halda, heç vecinə də deyil” deyərək fikrini tamamlayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın