“Azərbaycanın dinc əhalisinə qəsdən zərbə endirdikləri ilə bağlı Serj Sarkisyanın bəyanatını bir növ hökm verilməsi kimi dəyərləndirirəm. Dinc əhaliyə qarşı müharibə aparmaq cinayətdir. Odur ki, dünya birliyi buna biganə qalmamalıdır. Ən dəhşətlisi odur ki, Ermənistanın indiki və keçmiş rəhbərləri terror törətdiklərini anlamırlar”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Report informasiya agentliyinə Rusiyalı politoloq Yevgeniy Mixaylov deyib.

Onun qənaətincə, Ermənistan dinc şəhərlərə hücumlara görə məsuliyyət daşımalıdır: “Ermənistan ordusu düzgün vuruşmağı, hərbi cəhətdən düzgün qərarlar verməyi bacarmır. Onların səriştəli mütəxəssisləri olmayıb. Yüksək hazırlıq səviyyəsi olan Azərbaycan Ordusu isə bütün hücumları dəf etmək iqtidarında olub ki, qarşı tərəf bundan çox qorxurdu”.

Rusiyalı politoloq İkinci Qarabağ müharibəsinin yalnız Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin xoş məramı sayəsində dayandırıldığını vurğulayıb.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan bu günlərdə “Armnews”ə müsahibəsində Gəncənin dinc əhalisinə hücum etdiklərini təsdiqləyərək, müharibənin son mərhələsində Şuşa istiqamətində “İsgəndər” raketi tətbiq etdikləri ilə bağlı onda mötəbər məlumatlarının olduğunu bildirmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın