Amerikalı reper Kanye Uest (Kanye West) avtoqraf istəyən pərəstişkarına hücum edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, hadisə Los-Ancelesdə qeydə alınıb.

Məlumata görə, reperin pərəstişkarı küçədə ona yaxınlaşıb və şəkil çəkdirmək istəyib. Bu, musiqiçini qəzəbləndirib. O, fanatı itələyib, sonra isə iki dəfə, baş və boyun nahiyəsinə zərbə endirib. Bundan sonra avtoqraf almaq istəyən şəxs yerə yıxılıb və başı yerə dəyib.

Jurnalistlər hücumdan dərhal sonra lentə alınan videonu əldə ediblər. Kadrlarda yerdə uzanmış kişi və Uesti sakitləşdirməyə çalışan qadın görünür. Qadın özünü reperin pərəstişkarı adlandırır və deyir: “Mən sənin ailənəm”. Reper isə cavab olaraq ondan uzaqlaşmağı tələb edir və gizlənməyə çalışır.

Hadisə ilə bağlı Los-Anceles polisi araşdırmalara başlayıblar. Bu hadisəyə görə cəza tədbiri isə altı ay həbsdir.

Kanye West Enraged in Video After Allegedly Assaulting Autograph Seeker | TMZ

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın