“Yuventus” FK-nun baş məşqçisi Andrea Pirlo çalışdırdığı komandanın ulduz futbolçusu Kriştianu Ronaldu ilə münasibətlərindən danışıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Qoca Sinyoranın 41 yaşlı futbol mütəxəssisinin düşüncələri Goal.com saytında yayımlanıb.

“Onunla bütün başqa oyunçularla olduğu kimi davranıram. Təvazökar insanlarla yaxşı münasibət qurmaq asan olur. Mən özüm beləyəm. Futbolçu olduğum zaman etdiyim hər şeyi edirəm.

Kriştiano ilə münasibətim gənc futbolçularımız olan Canluka Frabotta, ya da Manolo Portanova ilə olduğu kimidir. Mənə istər meydanda, istərsə də ondan kənarda həmişə müraciət etmək olar”, – deyə A.Pirlo vurğulayıb.

Öncəki xəbərPrezident İlham Əliyev və Birinci vitse-prezident Ağdam şəhərində olublar
Sonrakı xəbərFransa polisi qaçqınları qovdu, çəkməyə çalışan jurnalistlərə hücum etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın