“Qarabağ” FK-nın UEFA Avropa Liqası (AL) pley-off mərhələsindəki rəqibi Portuqaliyanın “Braqa” klubu oldu.

YALAN.info bildirir ki, İsveçrənin Nyon şəhərində baş tutan toplantıda növbəti raundda üz-üzə gələcək cütlər müəyyənləşib.

“Feyenoord” (Niderland) – “Roma” (İtaliya)

“Milan” (İtaliya) – “Renn” (Fransa)

“Lans” (Fransa) – “Frayburq” (Almaniya)

“Yanq Boyz” (İsveçrə) – “Sportinq” (Portuqaliya)

“Benfika” (Portuqaliya) – “Tuluza” (Fransa)

“Braqa” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan)

“Qalatasaray” (Türkiyə) – “Sparta” (Praqa, Çexiya)

“Şaxtyor” (Ukrayna) – “Marsel” (Fransa).

Onu da bildirək ki, fevralın 15-i və 22-nə nəzərdə tutulmuş oyunlarda “Qarabağ”ın ilk oyunu reqlamentə görə, səfərdə baş tutacaq.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirib: “Fikrim “Neftçi” ilə oyunda olduğu üçün püşkatma ilə çox maraqlanmadım. Potensial rəqiblərin hər biri ciddi komanda idi. Portuqaliya klubları avrokuboklara ən ciddi yanaşan, möhkəm komandalardır. Rəqiblə maraqlandıqdan sonra daha yaxşı məlumat verə biləcəyik. Yaxşı futbol göstərməyi bacaran kollektivdir. Oyuna hələ iki aya yaxın vaxtımız var. “Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq”.

UEFA Avropa Liqasının (AL) pley-off mərhələsi

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın