Dünən Səudiyyə Ərəbistanda futbol üzrə İspaniya Super Kubokunda final oyunu keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, həlledici görüşdə “Real Madrid” və Bilbao “Atletik”i üz-üzə gəlib.

Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddakı “Kral Fəhd” stadionunda keçirilən qarşılaşma Madrid komandasının qələbəsi ilə sona çatıb – 2:0. Hesabı 38-ci dəqiqədə Luka Modriç açıb. 52-ci dəqiqədə isə Kərim Benzema penaltini dəqiq yerinə yetirib.

87-ci dəqiqədə “kral klubu” Eder Militaonun meydandan qovulması ilə azlıqda qalıb. Ancaq “Atletik” komandası 11-metrlik cərimə zərbəsindən və eyni zamanda say üstünlüyündən yararlana bilməyib.

Bununla da “Real Madrid” tarixində 12-ci dəfə İspaniya Super Kubokuna sahib olub.

https://www.youtube.com/watch?v=NFVfYsrXWQg
Real Madrid vs Athletic Bilbao 2-0 Hіghlіghts All Goals & Celebrations Super Copa Final

Carlo Ançelotti Ər-Riyaddakı oyundan sonra mətbuat konfransı keçirib və “Real Madrid”ə 12-ci İspaniya Super Kubokunu qazandıran Atletik üzərində qələbəni təhlil edib. Madridlilərin baş məşqçisi deyib: “Burada keçirdiyimiz iki oyunda titul qazanmağa layiq idik. İki fərqli oyun keçirdik, ancaq yaxşı alındı. Bu görüş fərqli oyun tələb edirdi və biz ilk 70 dəqiqəni yaxşı keçirdik. Topa və müdafiəyə çox yaxşı nəzarət edirdik. Bir qədər sonra aşağı düşdük, ancaq finalda bu baş verə bilər. Çox xoşbəxtəm, sevinirəm və davam edirik”.

“Biz yarışmağa davam edəcəyik, ancaq burada olmaq bir şansdır. Bu komandanı və bu klubu məşq etmək şərəfdir. Yeri gəlmişkən, başqa yarışlarda da mübarizə aparacağıq”, – deyən baş məşqçi növbəti titullar qazanmaq üçün çalışacaqlarını bildirib.

“Komanda hər iki oyunda çox mübarizə apardı. Yorğun olmaq normaldır. Cümə axşamı növbəti oyunumuz var. Sağalmaq lazımdır, ancaq komandanın keyfiyyətli oyunçuları var. İndi yorğun oyunçular varsa, başqalarını meydana çıxara bilərik. Cümə axşamı oyuna yaxşı hazırlaşa bilərik. Qalib gəlməkdən yorulmuram, çünki sonuncu uğurum “Bavariya” ilə Super Kubok olub və uzun müddətdir ki, qalib gəlmirdim. Mən də bundan həzz almışam və çoxlu xoşbəxt insanları və xoşbəxt oyunçuları görmək istəyirəm. Çalışacağıq ki, növbəti titul qazanaq”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın