“Rusiya ordusunun bütün cəbhələrdə irəliləyişi dayandırılıb. Rusiya tərəfinin bu tendensiyanın qarşısını almağa gücü yoxdur”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunları Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Arestoviç vurğulayıb ki, tərəflər yeni taktiki hərəkətlərə keçiblər. “Toqquşmalar davam edir, ancaq heç bir tərəfin – nə bizim, nə də düşmənin dönüş nöqtəsi yaradıb, hansısa istiqamətdə irəli keçmək üçün gücü qalmayıb. Biz daha yaxşı döyüşürük”, – o əlavə edib.

Prezident Ofisinin rəhbərinin sözlərinə görə, Rusiyada hərbçilərə qarşı təzyiqlər başlayıb. O, bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yoxlamaları nəticəsində ordudakı komandirlərə qarşı cəsarətsizlik və xarakter zəifliyi ittihamları irəli sürülür.

Yada salaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən çox sayda insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və yaralanıb. Eyni zamanda milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın