“Tesla” şirkəti məşhur “Model S” elektromobilinin yeni versiyasını təqdim edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Electrek” xəbər verir.

Avtomobilin yenilənmiş versiyası Tayvanda sərgilənib. Şirkət ilk dəfə olaraq ABŞ-dan qıraqda yeni avtomobillərin satışına başlayıb. “Model S” bir sıra kosmetik yenilənmələr tətbiq edib. Elektrik avtomobil “Model 3” və “Model Y”nin ən son versiyalarında təqdim olunan matris faraları ilə çıxıb.

Ehtimal olunur ki, yaxın gələcəkdə “Tesla” avtomobilin bu versiyasının istehsalına başlayacaq və önçəki bütün modelləri onunla əvəz edəcək. Mütəxəssislərin fikrincə, “Tesla” Model S-in yeni versiyası ABŞ bazarında demək olar, dəyişməz şəkildə istehsala buraxılacaq.

“Tesla Model S” beş qapılı elektrik avtomobilidir. ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” 2021-ci ilin dekabr ayında 70 846 avtomobil satıb. Bu, 2020-ci ilin dekabr ayı ilə qarşılaşdırdıqda təqribən 3 dəfə çox, 2021-ci ilin noyabr ayına nisbətən isə 34 % çoxdur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın