“Omikron” ştamının yayılması və koronavirus (COVID-19) pandemiyasının mövsümi artımı kontekstində bir neçə Avropa ölkəsi bir anda yeni sanitar tədbirlər görüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, İrlandiya, İsveçrə, Fransa, İspaniya, Böyük Britaniya, Çexiya, Danimarka, Belçika və başqa Avropa ölkələri qapalı otaqlarda insan sayının məhdudlaşdırılmasından tutmuş səyahətçilər üçün yeni giriş qaydalarına qədər qadağaları artırıb.

Bazar günündən bəri İrlandiya səlahiyyətliləri ölkəyə gələnlərdən mənfi nəticəli test tələb edir. Daha doğrusu iki test tələb olunur: biri gələndə yoxlanılacaq, ikincisi yerində edilməlidir.

İsveçrə də karantin tələbini əlavə testlə əvəz edərək ziyarətçilər üçün strategiyasını dəyişib. Bu gündən ölkədə peyvənd sertifikatlarının yoxlanılması sərtləşdirilir və vətəndaşların məcburi maska ​​taxacağı yerlərin və durumların siyahısı artırılır.

Çərşənbə axşamından etibarən Böyük Britaniyaya gələn bütün ziyarətçilər sərhəddə mənfi nəticəli test təqdim etməli olacaqlar. Onlar iki gün ərzində olduqları yerdə də test təhvil verməli və mənfi nəticə əldə olunana qədər özlərini təcrid etməli olacaqlar.

Fransa hökuməti əlavə sanitar tədbirlərin tətbiq edilib-edilməyəcəyi ilə bağlı yaxın saatlarda qərar verməyə hazırlaşır. Səlahiyyətlilərin və epidemioloqların virusun qarşısını almaq üçün zəruri hesab etdikləri şeylər cəmiyyətdə bir çoxları tərəfindən azadlıqların məhdudlaşdırılması kimi qəbul edilir.

Və onlar etiraz edirlər: həftəsonu Danimarkada kütləvi nümayişlər keçirilib. İctimai nəqliyyatda və bəzi qapalı yerlərdə maska ​​taxmaq qərarı, həmçinin Kopenhagendə 5 yaşından böyük uşaqları peyvənd etmək təşəbbüsü insanları hiddətlənib.

Belçikanın paytaxtı Brüsseldə etirazların dərəcəsi polisə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməyi məcbur edib: nümayişçilər Avropa institutlarının qərargahına keçməyə çalışıblar, ancaq onların qarşısı alınıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın