“Amerika Birləşmiş Ştatları, NATO və Ukrayna Rusiyanı təhdid etmir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Ağ Evin yayımladığı müraciətdə ABŞ Prezidenti Co Bayden Rusiya vətəndaşlarına deyib.

“Biz rusiyalıları təhdid etmirik və Rusiyada sabitliyin pozulmasını istəmirik. Mən Rusiya vətəndaşlarına müraciət edirəm – siz bizim düşmənimiz deyilsiniz. Və mən heç kimin Ukraynaya qarşı qanlı və dağıdıcı müharibə istəməsinə inanmıram”, – deyə Bayden bildirib.

O qeyd edib ki, Rusiya Ukrayna ilə sərhədlərə 150 ​​mindən çox əsgər toplayıb. İki qonşu ölkə arasında sıx əlaqələrə, ortaq mədəniyyət və tarixə baxmayaraq işğal baş verə bilər. Bayden yada salıb ki, 77 il öncə bizim xalqlarımız “tarixdəki ən pis müharibəni bitirmək” üçün birlikdə vuruşublar.

O, həmçinin bəyan edib ki, ABŞ Ukraynada raketlər yerləşdirməyəcək və Rusiya qoşunlarının Ukrayna sərhədindən çıxarılması faktı hələ də yoxlanılmayıb.

Daha öncə ABŞ prezidenti fevralın 16-da avropalı həmkarlarına Rusiyanın Ukraynaya hücum edə biləcəyini demişdi. Ancaq Co Bayden bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya qoşun yeritmək niyyətində deyil. “Bizim Ukraynada öz ordumuzu və NATO qüvvələrini yerləşdirmək niyyətimiz yoxdur”, – deyə dövlət başçısı bəyan edib.

Həmçinin, NATO-nun baş katibi Yens Stoltenberq də analoji bəyanatla çıxış edərək alyansa məxsus hərbi birləşmələrin Ukraynaya göndərilməyəcəyini təsdiq edib. Bununla yanaşı, NATO-nun Şərq cinahında, o cümlədən də bölgəyə ABŞ əsgərlərinin göndərilməsi hesabına hərbi birliyin gücləndirilməsi istisna edilməyib.

Biden Speaks Directly To Russian Citizens: ‘You Are Not Our Enemy’

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın