Serj Sarkisyan
Serj Sarkisyan

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı xüsusilə külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Sputnik Armeniya”ya ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“Sarkisyan barəsində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib”, – komitənin mətbuat xidmətindən bildiriblər.

Daha öncə keçmiş dövlət başçısının vəkili Amram Makinyan bildirib ki, bu, 2018-ci ilin noyabrında müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bəyan edən qalmaqallı sahibkar Silva Ambarsumyanın işidir.

Ambarsumyan öncə Sarkisyana rüşvət vermədiyini və onu tanımadığını iddia edib. Ancaq sonra ifadəsini dəyişib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın