Almaniyalı məşhur model Haydi Klum (Heidi Klum) ayaqlarını 2 milyon dollara sığorta etdirdiyini deyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 48 yaşlı modelin bir ayağı o birindən daha bahalıdır: “Uşaq vaxtı şüşənin üstünə yıxılmışdım. Bundan sonra bir ayağımda yara izi yarandı. Ona görə də sol ayağım aşağı qiymətə sığortalanıb”.

Ona da bildirək ki, Haydi Klum ayaqlarını İngiltərənin sığorta şirkətlərindən biri 2 milyon dollara sığortalayıb. Özü isə bu sığorta məsələsini “qəribə” hesab etdiyini söyləyib: “Yeri gəlmişkən, mən onları sığortalamamışam. Ayaqlarımı sığortalayan müştəri idi, mən deyildim”.

MƏNBƏCNN
Öncəki xəbərİlham Əliyev: Azərbaycanda H.Z.Tağıyevin xeyriyyəçilik ənənələri davam edir
Sonrakı xəbərGoranboyda minaya düşən gənc oğlanın ayağı amputasiya olundu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın