Azərbaycan Xalq artisti, tanınmış aktyor Rasim Balayev gözlənilən Türkiyə səfərini təxirə salma səbəbindən danışıb.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Yeni Müsavata danışan aktyor səfərinin təxirə salınma səbəbini bu cür açıqlayıb: “Mənə bilgi verdilər ki, Türkiyədə məni müalicə edəcək həkim Bakıya gələcək. Ona görə də Türkiyəyə gərək qalmadı. Bilirsiz ki, İrandan, Türkiyədən tanınmış həkimlər gəlir. Təsadüfdən də həmin həkimin tezliklə Bakıya gələcəyini eşitdik, ona görə də qərara gəldik ki, burada müalicə alım”.
Aktyor hansı qurumun ona köməklik göstəridiyindən xəbərsiz olduğunu deyib: “Bilmirəm hansı qurumdur, konkret haradan yardım ediləcəyindən xəbərsizəm. Bircə onu bilirəm ki, dövlət tərəfindən tapşırılıb. Mənə müraciət edən şəxs də dövlətin nümayəndəsidir.
Bundan öncə isə Mədəniyyət və Turizm Nazirliyindən də mənimlə bağlantı quran olmuşdu. Soruşdular ki, “Sənə nə yardım edə bilərik?”. Cavab verdim ki, “Mənə yaxşı film verin çəkilim, sağalım”.
Yada salaq ki, R.Balayev uzun müddətdir ki, şəkər, təzyiq və onurğa xəstəliklərindən çətinlik çəkir.
Öncəki xəbərSoçi Görüşü – İŞİD-dən Sonra Bölgədə Yeni Geopolitik Durumun İlk İşıltısı
Sonrakı xəbərDiqqət Çatışmazlığı və Hiperkativlik Sindromu Xəstəliyi Yalandır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın