Amerikalı aktyor Uill Smit (Will Smith) “Oskar” mərasimi zamanı komediya ustası Kris Rokun (Chris Rock) üzünə şillə vurduqdan sonra Amerika Kino Sənəti və Elmləri Akademiyasından könüllü olaraq istefa verib.

YALAN.info bildirir ki, məşhur sənətçinin açıqlamasını “Fox News” saytı yayıb.

“Mən akademiyanın etimadını doğrultmamışam”, – Uill Smit deyib: “Kino Sənətləri və Elmləri Akademiyasından istefa verirəm və Rəhbərlər Şurasının düzgün saydığı istənilən cəzanı qəbul etməyə hazıram”.

Bundan öncə Kino Akademiyası “Oskar” mərasimində baş vermiş insidentlə bağlı Smitə qarşı intizam icraatına başlayıb. CNN-in məlumatına görə, Akademiyanın Rəhbərlər Şurasının toplantısı aprelin 18-nə təyin edilib. Toplantıda sənətçiyə qarşı tədbir görülə bilər. Özəlliklə, onun Kino Akademiyasına üzvlüyünün dayandırıla, ya da ləğv oluna, eləcə də başqa sanksiyaların tətbiq edilə biləcəyi vurğulanır.

“94-cü Akademiya Mükafatları mərasimindəki hərəkətim sarsıdıcı, ağrılı və bağışlanmaz idi. Zərər verdiyim şəxslərin siyahısı uzundur, siyahıya Kris, onun ailəsi, bir çox dostlarım və ailəm, bütün tamaşaçılar və dünyanın hər yerindən televiziya izləyiciləri daxildir”, – Smit deyib. “Dəyişiklik vaxt tələb edir və mən bir daha heç vaxt zorakılığın zehni zəbt etməməsi üçün iş görməyə hazıram”, – artist fikirlərini yekunlaşdırıb.

Yada salaq ki, Smit ötən bazar günü canlı televiziya yayımında Rokun üzünə sillə vurub və həyat yoldaşı Jada Pinkett Smitlə bağlı uğursuz zarafatına cavab olaraq ədəbsiz sözlər işlədib. Olaydan bir neçə dəqiqə sonra o, “Kral Riçard” filmində ən yaxşı kişi roluna görə mükafatlandırılıb. Aktyor bazar ertəsi Rokdan ictimaiyyət qarşısında üzr istəyib.

Ancaq komediyaçı hələ Smitə qarşı ittiham irəli sürməyib və çərşənbə günü Bostonda verdiyi konsertdə baş verənlərlə bağlı “hələ də düşündüyünü” deyib: “Nə vaxtsa mən bu zibil olay barəsində danışacağam – və bu, həm ciddi, həm də gülməli olacaq”.

Watch the uncensored moment Will Smith smacks Chris Rock on stage at the Oscars, drops F-bomb

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın