ABŞ-da koronavirus (COVID-19) infeksiyasına 1 milyondan çox yeni yoluxma faktı qeydə alınıb. Bu, pandemiya başlayandan sonra bir gündə qeydə alınan ən yüksək rəqəmdir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin açıqladığı statistikada deyilir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi isə bildirib ki, ölkədə son bir gündə 100 mindən çox koronavirusa yoluxan şəxs xəstəxanalara yerləşdirilib. İndi reanimasiya bölmələrində 18,5 min pasiyent müalicə alır.

İndiyədək ölkədə toplam 56 milyondan çox şəxsin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 mindən çoxu vəfat edib. ABŞ bu iki göstəriciyə görə dünyada birinci yeri tutmaqda davam edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın