Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa “Legiya”sı ilə müqaviləni pozmağı qərara alıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Veszlo.com-un məlumatına görə, 24 yaşlı hücumçu bununla bağlı kluba məktub yazıb. Emreli komanda ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə toplanışa yollanmaq niyyətində olmadığını bildirib.

ABŞ-dan hüquqşünas tapan forvard müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında “Legiya”nı günahlandırıb. Emreli azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Klubdan Legia.net-ə verilən açıqlamada Emrelidən məktub aldıqları təsdiqlənib. Ancaq paytaxt təmsilçisi oyunçu və onun nümayəndələrinə boyun əyməyəcəyini bəyan edib. Bildirilib ki, azərbaycanlı hücumçu Varşavaya çağırılacaq və komanda ilə Dubay toplanışına göndəriləcək.

Qeyd edək ki, “Legiya” hazırlıq prosesinə yanvarın 6-da başlayacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın