Rio de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına və XV Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançılarımızın siyahıları açıqlanıb.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, siyahıda 50 idmançının adı yer alıb. Güləş üzrə yığmalarımız Rio 2016 Yay Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdirlər.


Olympic Games Rio 2016

S/S Soyadı, adı İdman növü və fənni
1. Səlimov Albert Boks (60 kq)
2. Elvin Məmişzadə Boks (52 kq)
3. Pərviz Bağırov Boks (69 kq)
4. Cavid Çələbiyev Boks (56 kq)
5. Lorenzo Sotomayor Boks (64 kq)
6. Abdulkadir Abdullayev Boks (-91 kq)
7. Məhəmmədrəsul Məcidov Boks (+91 kq)
8. Yana Alekseyevna Boks (60 kq)
9. Skidan Hanna Atletika (çəkic tullama)
10. Nazim Babayev Atletika (üç təkanla tullanma)
11. Hayle İbrahimov Atletika (5000 m. məsafəyə qaçış)
12. Aleksandr Aleksandrov/Boris Yotov Akademik avarçəkmə (2000 m. ikinəfərlik qayıq)
13. Valentin Demyanenko Kanoe (200m. birnəfərlik qayıq)
14. İnna Osipenko-Rodomska Kayak (200 m. birnəfərlik qayıq)
15. İnna Osipenko-Rodomska Kayak (500 m. birnəfərlik qayıq)
16. Yure Meqliç Kanoe-slalom (birnəfərlik qayıq)
17. Elvin Mürsəliyev Yunan-Roma güləşi (75 kq)
18. Rövşən Bayramov Yunan-Roma güləşi (59 kq)
19. Rəsul Cunayev Yunan-Roma güləşi (66 kq)
20. Sabah Şəriəti Yunan-Roma güləşi (130 kq)
21. Saman Təhmasibi Yunan-Roma güləşi (85 kq)
22. Mariya Stadnik Qadın güləşi (48 kq)
23. Anjela Doroqan Qadın güləşi (53 kq)
24. Yuliya Ratkeviç Qadın güləşi (58 kq)
25. Mircəlal Həsənzadə Sərbəst güləş (57 kq)
26. Toğrul Əsgərov Sərbəst güləş (65 kq)
27. Məhəmmədhacı Xatiyev Sərbəst güləş (86 kq)
28. Xetaq Qazyumov Sərbəst güləş (97 kq)
29. Cəmaləddin Məhəmmədov Sərbəst güləş (125 kq)
30. Cəbrayıl Həsənov Sərbəst güləş (74 kq)
31. Marina Durunda Bədii gimnastika
32. Oleq Stepko İdman gimnastikası
33. Petro Paxnyuk İdman gimnastikası
34. Komanda hesabında 4 nəfər Ağır atletika
35. Komanda hesabında 4 nəfər Ağır atletika
36. Komanda hesabında 4 nəfər Ağır atletika
37. Komanda hesabında 4 nəfər Ağır atletika
38. Radik İsayev Taekvondo (+80 kq)
39. Fəridə Əzizova Taekvondo (67 kq)
40. Milad Beigi Harçeqani Taekvondo (-80 kq)
41. Patimat Abakarova Taekvondo (49 kq)
42. Maksim Averin Velosiped (şosse)
43. Olqa İsmayılova Velosiped (keyrin)
44. Olqa İsmayılova Velosiped (sprint)
45. Maksim Şemberev Üzgüçülük (400 metr məsafəyə kompleks üzmə)
46. Maksim Şemberev Üzgüçülük

(1500 met məsafəyə sərbəst üsulla üzmə)

47. Sabina Mikina Qılıncoynatma (sablya)
48. Rostislav Pevtsov Triatlon
49. Olqa Senyuk Kamandan oxatma
50. Ruslan Lunyov Güllə atıcılığ

Rio de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya sayı 51 oldu

Beynəlxalq Velosipedçilər Birliyi (UCI) tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib. Yelena Pavluxina 4 illiyin zirvə yarışında ölkəmizi qadınlar arasında qrup yarışlarında təmsil edəcək.


Rio 2016 – XV Yay Paralimpiya Oyunları

Rio de Janeyro şəhərində keçiriləcək XV Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançılarımızın siyahısı:

S/S Soyadı, adı İdman növü və fənni
1. Kamil Əliyev Paralimpiya atletika (uzunluğa tullanma)
2. Elçin Muradov Paralimpiya atletika (uzunluğa tullanma)
3. İradə Əliyeva Paralimpiya atletika (nizə tullanma)
4. Yelena Çebanu Paralimpiya atletika (100 m. qaçış)
5. Yelena Çebanu Paralimpiya atletika (400 m. qaçış)
6. Rəfiyev Rüfət Paralimpiya atletika (100 m. qaçış)
7. Cəbrayılov Elmir Paralimpiya atletika (200 m. qaçış)
8. İlham Zəkiyev Paralimpiya cüdo (+100 kq)
9. Ramil Qasımov Paralimpiya cüdo (73 kq)
10. Səfərov Rövşən Paralimpiya cüdo (81 kq)
11. Bayram Mustafayev Paralimpiya cüdo (60 kq)
12. Ramin İbrahimov Paralimpiya cüdo (66 kq)
13. Kənan Abdullaxanlı Paralimpiya cüdo (-100 kq)
14. Səbinə Abdullayeva Paralimpiya cüdo (57 kq)
15. Dzmitri Saley Paralimpiya üzgüçülük
16. Roman Saley Paralimpiya üzgüçülük
17. Elşən Hüseynov Paralimpiya powerlifting
18. Rəzm Azər Əhməd Mahboub Paralimpiya powerlifting
19. Taranova Yelena Paralimpiya atıcılıq (10 m Air Pistol SH1)

Olimpiya oyunları avqustun 5-dən 21-dək Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək. Azərbaycan idmançıları da adıçəkilən yarışlarda təmsil ediləcəklər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın