Futbol üzrə Dünya Çempionatı 2018-in seçmə mərhələsində Azərbaycan milli komandası üçüncü oyununu Çexiyanın Ostrova şəhərində keçirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının vergiyi məlumata görə, millimiz Vitkovitse stadionunda Çexiya Respublikasının yığması ilə qarşılaşıb. Qarşılaşmada qapılardan qol keçməyib və oyun 0-0 hesabı ilə başa çatıb.

Beləliklə, Robert Prosineçkinin başçılıq etdiyi komanda bu seçmə mərhələdə uğurlu çıxışını davam etdirərək ən çətin səfərlərdən birindən xalla qayıdıb. Baxmayaraq ki, millimiz kaptanı, aparıcı müdafiəçisi Rəşad Sadıqov zədəli olduğundan oyuna ciddi itki ilə çıxmışdı Azərbaycan yığması növbəti tarixi uğuruna imza ata bilib.


DÇ-2018: Çexiya – Azərbaycan 0:0

Baş hakim: Matey Yuq
Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali
Ehtiyat hakim: Mitya Jqaneç (hamısı Sloveniya)
Hakim-inspektor: Manuel Diaz Veqa (İspaniya)
UEFA nümayəndəsi: George Kumas (Kipr)
Ostrava şəhəri Vitkovitse Stadionu

Çexiya Respublikası: 1. Tomaş Vaçlik (q), 3. Lukaş Droppa, 4. Teodor Cebre Selasie, 5. Yakub Brabek, 6. Tomas Sivok (k), 9. Borek Dokal, 10. Yiri Skalak, 14. Vaçlav Kadleç, 15. Yan Sikora, 19. Ladislav Kreyçi, 22. Patrik Şik

Ehtiyat oyunçular: 16. Tomas Kubek (q), 23. Jiri Pavlenka (q), 2. Pavel Kaderabek, 7. Yaromil Jmral, 8. Filip Novak, 11. Milan Petrjela, 17. Marek Suşi, 18. Tomas Hofava, 20. Matey Vidra, 21. Milan Şkoda

Baş məşqçi: Karel Yarolim

Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 9. Namik Ələsgərov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev (k), 20. Ramil Şeydayev, 21. Arif Daşdəmirov

Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Səlahət Ağayev (q), 4. Pavel Paşayev, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 15. Ruslan Abışov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 18. Ağabala Ramazanov, 22. Tərlan Quliyev

Baş məşqçi: Robert Prosineçki

Yada salaq ki, seçmə mərhələnin ilk oyununda səfərdə San Marino yığmasını 1:0 hesabı ilə udan millimiz, ikinci oyunda Bakı Olimpiya Stadionunda Norveç komandasını eyni hesabla udub.

DÇ-2018 – Seçmə Mərhələsi – C Qrupu

1. Almaniya 3-0-0 8:0 9
2. Azərbaycan 2-1-0 2:0 7
3. Şimali İrlandiya 1-1-0 4:0 4
4. Norveç 1-0-2 4:5 3
5. Çexiya 0-2-1 0:3 2
6. San-Marino 0-0-3 1:9 0

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın