Hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyi Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə Almaniya parlamentində “erməni soyqırımı” ilə bağlı keçirilən müzakirələrdə qəbul edilən qərarın əleyhinə səs verən deputat Bettina Kudlaya təşəkkür məktubu göndərib.

Xatırladaq ki, Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni “soyqırımı”nı səsverməyə çıxarıb və qətnaməni qəbul edib. Qətnamə “101 il öncə Osmanlı İmperiyasındakı erməni və başqa xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.

Reportun xəbərinə görə, bununla bağlı olaraq Aydın Mirzəzadənin alman deputata göndərdiyi məktubda deyilir: “2016-ci ilin iyunun 2-də Almaniya parlamentində “erməni soyqırımı” ilə bağlı keçirilən müzakirələrdə qəbul edilən qərarın əleyhinə səs verməyiniz məndə çox dərin duyğular yaratdı. Atdığınız addımla qəbul edilmiş qətnaməni qərəzli və qeyri-obyektiv, onun tarixi faktlara söykənmədiyini vurğulamağınız alman cəmiyyətində həqiqətə bağlılığın böyük olduğunu əyani şəkildə sübüt etdiniz.

Səsvermədən sonrakı çıxışınızda, “erməni soyqırımı” ilə bağlı parlament səviyyəsində münasibətin bildirilməsinin düzğün olmadığını və bu məsələ maraqlı dövlətlərin, Türkiyənin öz daxilində həll olunmalı olduğunu və qəbul edilmiş qərarın Türkiyə-Almaniya münasibətlərinə mənfi təsir edəcəyini düzgün olaraq ifadə etdiniz.

Azərbaycan Türkiyə ilə yaxın qardaş və müttəfiq ölkə kimi onunla bağlı olan məsələlərə çox həssas yanaşır. Ermənistan 1991-1994-cü illərdə müstəqilliyini yenicə qazanmış Azərbaycana qarşı təcavüz edərək ərazimizin 20 fazini işğal etmiş, bir milyon nəfərdən çox əhalimizi öz torpağında məcburi köçkünə çevirib.

Ermənistan Silahli Qüvvələri tərəfindən 26 fevral 1992-ci ildə Xocalı şəhərində genosid törətmiş, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

BMT Təhlükəsizlik Şurasının 1992-1993-cü illərdə 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilmiş və ondan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxartmq tələb edilmişdir. Qətnamələr indiyə qədər yerinə yetirilməyib.

Almaniya parlamentinin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında aparılmış etnik təmizləmə faktına, o cümlədən Xocalı soyqırımına diqqətsiz qaldığı halda, ötən əsrin əvvəllərində “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul edilməsi Avropa dəyərlərinin özünün saya alınmamasıdır.

Göstərdiyiniz obyektivliyə, ədalətə bağlılığınıza və prinsipial demokratik mövqeyinizə görə Sizə dərin təşəkkürümü bildirir və gələcək fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın