Kristiano Ronaldo: Neymarın Real Madridə keçidi mümkünsüzdür

Real Madridin portuqaliyalı hücumçusu Kriştiano Ronaldo PSJ-nin forvardı Neymarın kral klubuna keçidinin mümkünsüz olduğunu hesab edir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Marca” dərgisində portuqaliyalı ulduzun məsələyə münasibəti dərc olunub.

“Mən Neymar və onun “Real”a keçidi ilə bağlı çox söz-söhbətlər eşitmişəm, ancaq sözün düzü, müqavilənin imzalanacağını təsəvvürə gətirmək mənim üçün çox çətindir. PSJ ona görə külli miqdarda pul xərcləyib.

Neymarın nə vaxtsa “Real”da oynayacağını ağıla gətirmək çox çətindir. Kim bilir, bəlkə də, bir neçə ilə bu, baş verə bilər. Düşünürəm ki, o, Parisdən razıdır”, – deyə Ronaldo bildirib.

Qeyd edək ki, braziliyalı hücumçu “Barselona”dan PSJ-yə rekord qiymətə, 222 milyon avroya transfer olunub. İndiki mövzümdə Neymarın aktivində 30 oyuna 28 qol var.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir