“Vaşinqton Moskva ilə sabit və proqnozlaşdırıla bilən münasibətlərə can atır, ancaq Rusiyanın mümkün aqressiv hərəkətlərinə müttəfiqləri ilə birlikdə cavab verəcək”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken (Antony Blinken) NBC telekanalına müsahibəsində bildirib.

“ABŞ Prezidenti Co Bayden bir neçə ay öncə Cenevrədə danışıqlar zamanı və videokonfrans zamanı Rusiya Prezidenti Vladimir Putinə aydın şəkildə bildirdi ki, biz Rusiya ilə sabit, proqnozlaşdırıla bilən münasibətlərə üstünlük veririk. Ancaq Rusiya ehtiyatsız və aqressiv addımlar atmağa davam edərsə, biz cavab verəcəyik, təkcə biz deyil, həm də müttəfiqlərimiz və dünyadakı tərəfdaşlarımızla”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı səsləndirilən iddiaları boş və əsassız adlandırıb. Peskov vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır.

Entoni Blinkenin sözlərinə görə, Ukrayna və Gürcüstan tələblərə cavab verərsə, NATO üzvlüyündə irəliləyə bilər

“Alyans hələ 2008-ci ildə təsdiqləyib ki, qurum Ukrayna və Gürcüstan üçün açıqdır. Əgər onlar üzvlük üçün müraciət etməyə davam etsələr və tələblərə cavab versələr, bu məsələnin həlli yaxınlaşacaq”, E.Blinken bildirib.

Dövlət katibinin sözlərinə görə, NATO yarandığı gündən açıq şəkildə bəyan edib ki, qapıları üzvlüyə can atan və gərəkli meyarlara cavab verən istənilən Avropa ölkəsi üçün açıqdır.

Qeyd edək ki, 2008-ci il sammitində Şimali Atlantika Alyansı Ukrayna və Gürcüstanın üzv olacağına dair siyasi bəyanat qəbul edib. Ancaq hər iki ölkəyə quruma üzv olmaq üçün hüquqi prosedurun ilk addımı olan üzvlüyə hazırlıq üçün fəaliyyət planını təqdim etməkdən imtina edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın