Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Bakı, Yerevan, Tbilisi və Kiyevdəki münaqişələrdən danışarkən bildirib ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində sülh yalnız onların Rusiya Federasiyasının tərkibinə daxil olmasından sonra olacaq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Rusiya KİV-ə istinadən bildirir ki, Jirinovskinin sözlərinə görə, Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynanı daxili çəkişmələrdən yalnız Rusiya xilas edə bilər.

Siyasətçi MDB ölkələrini “ata evinə” qayıtmağa çağırıb.

Bundan başqa V.Jirinovski bildirib ki, Rusiya Federasiyasında Bakı, Tbilisi, Odessa, Kiyev və Yerevan quberniyaları olmalıdır.

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski və Rusiya Federasiyasının prezidenti Vladimir Putin
Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski və Rusiya Federasiyasının prezidenti Vladimir Putin

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın