Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokolsev, habelə bu ölkənin başqa rəsmi şəxsləri Avropa Birliyinin (AB) məhdudlaşdırıcı tədbirləri siyahısına salınıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Avropa Birliyinin rəsmi jurnaliında məlumat verilib.

Sənəddə göstərildiyi kimi, Putin, özəlliklə Ukraynada hərbi əməliyyat keçirmək əmri verib və Rusiya Ordusu Ukraynaya qarşı hücuma keçib. Lavrov Rusiya Təhlükəsizlik Şurasının üzvü kimi Rusiyanın qondarma DXR və LXR-i dərhal tanımasını dəstəkləyib.

Avropa Komissiyasının vitse-prezidenti, Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel bildirib ki, AB-nin məhdudiyyətləri siyahılarında adları olan şəxslərin aktivləri dondurulacaq. Eyni zamanda o, hansı aktivlərin müzakirə olunduğunu açıqamayıb.

Sanksiyalar siyahısında həmçinin Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin də adları var.

“G7 ölkələrinin xarici işlər nazirləri gün ərzində Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq atacağımız koordinasiyalı hərəkətləri müzakirə etdik. Rusiya rəhbərliyini görünməmiş təcrid gözləyir.

Transatlantik tərəfdaşlarımızla Ukrayna ilə həmrəyik”, – Avropa Komissiyasının vitse-prezidenti, Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi daha öncə sosial şəbəkədəki hesabında vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın