Ermənistanın kirli siyasəti İveta Mukuçyanla Eurovision 2016-da

Eurovision Song Contest (ESC) 2016-da Ermənistan yenidən kirli siyasətə əl atdı. Mahnı müsabiqədəsində iştirak edən erməni iştirakçı İveta Mukuçyan qondarma “Dağlıq Qarabağ Respublikası”-nın bayrağını yarışmanın keçirdiyi məkana gətirib dalğalandırmağa başlayıb.

Stokholmda keçirilən müsabiqənin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan qondarma “DQR” bayrağı ilə Avropa Yayımları Birliyinin (European Broadcasting Union) qaydalarını pozub. Bu pozuntuyla bağlı Eurovision müsabiqəsinin prodüseri Sven Stojanoviç jurnalistlərə bildirib ki, erməni ifaçının bu bayrağı zala gətirməsi qanunsuzdur və məsələ ilə bağlı Avropa Yayımları Birliyi (EBU) araşdırma aparacaq.

ESC2016-da erməni İveta Mukuçyandan kirli siyasət - "Qarabağ" bayrağı
ESC2016-da erməni İveta Mukuçyandan kirli siyasət – “Qarabağ” bayrağı

Birinci yarımfinaldan sonra mətbuat konfransında İctimai Televiziyanın direktor müavini Şaiq Məmmədov erməni nümayəndə heyətinin qondarma “DQR” bayrağını dalğalandırdığına görə etirazını bildirib.

Ş.Məmmədov ESC mahnı müsabiqəsinin qaydalarına zidd olan hər hansı bir hərəkətə görə ölçü götürülməli olduğunu bildirib. Qondarma “DQR” bayrağının müsabiqənin səhnəsində qaldırılmasının və buna icazə verilməsinin mahnı müsabiqəsinin qaydalarına tam zidd olduğunu və buna görə ciddi ölçü götürüləcəyinə ümid etdiyini bildirib.

Mətbuat konfransı zamanı İveta Mukuçyana bu addımı niyə atdığına dair sual verilib. İfaçı bu suala görə jurnalistə çox sağ ol deyərək tanınmamış respublikanın bayrağını mahnı yarışmasında qaldırmasını belə açıqlayıb: “Unutmayın ki, mən öz ölkəmi təmsil edirdim və mənim ürəyim, duyğularım, emosiyalarım və düşüncələrim vətənimlə idi. Mənim təbliğ etdiyim və demək istədiyim barışdır. Təmas xəttində sülh istəyirəm, Ermənistan sülh istəyir.  Bu mahnını da (sözlərini) mən elə bu səbəbdən yazmışam. Bu, mənim içimdən gəlir. Mən hər yerdə sülh olmasını istəyirəm. İnsanların diqqətini buna cəmləmək istəyirəm. Dünyada sülhün olmasını istəyirəm. Mən beynəlxalqam – Gürcüstanda yaşayıram, amma mən erməniyəm və mən belə böyümüşəm. Tək istədiyim sülhdür və buna görə də burada müsabiqədə o bayrağı qaldırdım”.


Armenia’s Iveta Mukuchyan on Nagorno-Karabakh flag waving at Eurovision

Aprelin 29-da European Broadcasting Union (EBU) müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlamışdı. Siyahıda İspaniyanın baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma “Dağlıq Qarabağ Respublikası”-nın bayraqları yer almışdı. Lakin daha sonra “Eurovision” Mahnı Müsabiqəsi təşkilatçıları bayraq siyasətini yüngülləşdirərək iştirakçıların milli, regional və yerli bayraqlarının istifadəsinə icazə verib.

Bu Ermənistanın Eurovisionda ilk kirli siyasəti deyil

Ermənistan Eurovisiona qoşulduğu ilk ildən bu cür kirli siyasətlərə əl atıb. EBU sonradan bütün bu təxribat və yalan xarakterli məlumatları silsə də qaydaları pozan ölkəyə qarşı heç bir cərimə tətbiq etməyib. Bəlkə buna görə də Ermənistan təmsilçiləri hər fürsətdə Azərbaycana qarşı kirli siyasətlərinə davam edirlər.

DK.DR saytı belə təxribatlara misal olaraq, Eurovision Armenia 2009-cu ildə səsvermələrin nəticələrini elan edən Siruşonu (Sirusho) göstərir.

Ermənistan təmsilçiləri Azərbaycanda yerləşən abidənin şəklini divardan asaraq həmin torpaqların Ermənistana məxsus olduğunu bildirməyə çalışıblar. Bundan əlavə həmin fotonun əks olunduğu kiçik lövhəni nəticələri elan edən Siruşonun əlinə veriblər.

http://www.dr.dk/event/melodigrandprix/nyheder/ny-skandale-rammer-grand-prix-deltagerland-trues-med-diskvalifikation
Siruşo ilə Ermənistanın Eurovisionda (ESC2009) kirli siyasəti

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir