Azərbaycan hadisələrin başlamasına bir neçə dəqiqə qalmış Qarabağda erməni hərbçilərinə qarşı lokal xarakterli antiterror tədbirlərinin başlanması barədə Rusiya sülhməramlılarını xəbərdar edib.

YALAN.info bildirir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Məlumat antiterror tədbirlərinin başlamasından bir neçə dəqiqə əvvəl Rusiya kontingentinə çatdırılıb”, – deyə o vurğulayıb. “İndi Azərbaycan tərəfi ilə təmasdayıq. İkinci məqam ondan ibarətdir ki, yaxın vaxtlarda əlaqələrin nəticələrinə əsasən XİN vasitəsilə uyğun bəyanat veriləcək. Azərbaycan tərəfdən məlumat alırıq”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan XİN-in Azərbaycanla bağlı çağırışına cavab verib. “Ermənistan XİN BMT Təhlükəsizlik Şurasını və Rusiya sülhməramlılarını Qarabağda hərbi əməliyyatları dayandırmaq üçün tədbirlər görməyə çağırır. Bəs rəsmi İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması necə olsun?” – deyə Zaxarova “Teleqram” kanalında yazıb.

Zaxarova: “ABŞ Ermənistanı Rusiyadan tamamilə uzaqlaşdırmağa və Qərbə yönləndirilməsinə çalışır”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini yerinə yetirən Yuri Kimin bəyanatına münasibət bildirərkən deyib: “Moskvanın Vaşinqtonun postsovet məkanında, özəlliklə də Cənubi Qafqazda real məqsədləri ilə bağlı heç bir illüziyası yox idi”.

Onun sözlərinə görə, ABŞ-ı hadisələrin nəticələri maraqlandırmır, Vaşinqton qurulan bütün təhlükəsizlik arxitekturasını məhv etmək, bütün müsbət məqamlara zərbə vurmaq niyyətindədir. M.Zaxarova vurğulayıb ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi faktiki olaraq etiraf edib ki, ABŞ indi geosiyasi oyunlarının növbəti qurbanı kimi Ermənistanı seçib: “Söhbət Ermənistanın Rusiyadan tamamilə uzaqlaşdırılması və Qərbə yönləndirilməsindən gedir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın